AGF Kuboku qələbəmizlə başladı
Bu gün «Sərhədçi» Olimpiya- İdman Mərkəzində yeniyetmə, eləcə də gənc sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb. İdman.com.az saytı awf-az.org-a istinadən xəbər verir ki, ilk yarış günündə «klassik»lər mübarizəyə qoşulublar.

Final qarşılaşmalarından öncə turnirin rəsmi açılışı keçirilib. Mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir:

- Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov yarışın ənənəvi xarakter daşıdığını, FİLA təqvimində yer alan turnirin əhəmiyyətini yüksək vurğulayıb. Pəhləvanlarımızın qazandıqları nailiyyətlərdən danışan olimpiya dərəcəli hakim, idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırıb.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir konsert proqramı ilə davam edib.

Qalib və mükafatçılar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə mükafatlandırılıb. Ümumilikdə Azərbaycan güləşçiləri ilk gün 6 qızıl, 6 gümüş və 7 bürünc medal qazanaraq, turniri komanda hesabında ilk sırada tamamlayıb. 2-ci yeri Gürcüstan, 3-sü pilləni Qazaxstan millisi tutub.

42 kq
1. Kənan Cəfərov
2. Nugzari Tsurtsumia GEO
3. Nofəl Babayev
3. Zəlimxan Usmanov KAZ

46 kq
1. Azamat Bisengaliyev KAZ
2. Namaz Rüstəmov
3. Alişer Tuleganov KAZ
3. İsmayıl Həsənli

50 kq
1. Mikayıl Rəhmanov
2. Davit Çxartişvili GEO
3. Xancavad Məcidzadə
3. Aidos Sultangali KAZ

54 kq
1. Mirat Kuandyk KAZ
2. Hüseyn Mansurov
3. İuri Lomadze GEO
3. Yelnur Mukametjan KAZ

58 kq
1. Zubair Dibirov
2. Zahid Ələkbərzadə
3. Giorgi Gujabidze GEO
3. Şamo Süleymanov

63 kq
1. Sənan Əlimirzəyev
2. Tərlan Süleymanov
3. Sukliko Vaxtanqadze GEO
3. Nurganat Nuraxmetov KAZ

69 kq
1. Giorgi Melia GEO
2. Mehrac Kərimov
3. Yevgeni Polivadov KAZ
3. Nicat Abdullazadə

76 kq
1. İslam Abbasov
2. Nukri Şavadze GEO
3. İrakli Tarxnişvili GEO
3. Elton Vəzirzadə

85 kq
1. Soslan Fanziyev
2. Giga Kokoladze GEO
3. İsmixan Məmmədov KAZ
3. Şota Tsarlugelaşvili GEO

100 kq
1. Zviadi Pataridze GEO
2. Adambek Şidukov
3. Salavat Axmetkaliyev KAZ
3. Cavid Feyziyev

Xəbər 1274 dəfə oxundu.