“Sumqayıt” Lənkərana hazırlaşır
Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Xeyli müddətdi zədəli olan Pərdis Fərcad-Azad və Can Akgün artıq məşqlərə başlayıb.

Hər iki futbolçu bu gün keçirilmiş iki tərəfli oyunda çıxış edib. Yüngül zədəsi olan Slavik Alxasov və Murad Doymuş isə fərdi məşqlərlə kifayətlənib. U-19-un heyətindən qayıdan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da artıq komandaya qoşulub.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Sumqayıt” oyunu saat 19:00-da start götürəcək.

Xəbər 749 dəfə oxundu.