Xəzər rayonunda stolüstü tennis üzrə yarış keçirilib
Aprelin 18-də Xəzər rayon Gənclər və idman idarəsi və Xəzər rayon İcra Hakimiyyətinin dəstəyi ilə bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ edilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, rayonda idman tədbirləri ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, istedadlı idançıların aşkar edilməsi, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin 90 illik yubileyini rayonda yüksək səviyyədə qeyd etmək məqsədilə idarə, müəssisə, təşkilatlar və bədən tərbiyəsi kollektivləri arasında stolüstü tennis növü üzrə yarış keçirilib.

183 saylı tam orta məktəbi idman bazasında 36 nəfərin (24 kişi, 12 qadın) iştirakı keçirilən yarışın yekun nəticələrinə görə kişilər arasında birinciyə Vüqar Hüseynov, ikinciyə Araz Müseyibov, üçüncüyə Tahir Quliyev, qadınlar arasında birinciyə Xuraman Cəfərova, ikinciyə Aynur Abbasova, üçüncü yerə Aysel Abbalı layiq görülüblər.

Xəbər 752 dəfə oxundu.