Fatih Terim ən yaxşılar arasında
Fransanın “So Foot” jurnalı dünyanın gəlmiş-keçmiş ən dəyərli məşqçilərinin adlarını açıqlayıb.

Bu siyahıda hazırda “Qalatasaray”ın baş məşqçisi olan Fatih Terim də var. Terim bu siyahıda 48-ci sırada yer alıb. Jurnal məşqçilərin yalnız öz ölkələrində deyil, ümumilkdə dünya səviyyəsində əldə etdikləri uğurları da əsas götürüb.

Bu siyahıda digər bir türk məşqçi Şenol Günəşin də adı var. 2002-ci ildə Türkiyəni dünya çempionatında 3-cü yerə çıxaran məşqçi, siyahıda 73-cü yerdədi.

Xəbər 782 dəfə oxundu.