“Qalatasaray”a yaxşı və üzücü xəbər
“Qalatasaray” dünəndən etibarən “Elazığspor”la görüşün hazırlıqlarına başlayıb. “Sarı-qırmızılar”ın heyətində Sabri Sarıoğlu məşqlərə qatılıb.

Üzücü xəbər isə Hamit Altıntopdan gəlib. Ayağında infeksiyası müəyyən olunan Hamit Altıntop istirahətə göndərilib. Altıntopun qarşıdakı görüşdə forma geyib-geyməyəcəyi isə sabah keçirilən məşqdən sonra müəyyən olacaq.

Xəbər 810 dəfə oxundu.