“Qarabağ”dan Anar Salmanova etiraz
Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”yə 1:2 hesabı ilə uduzan “Qarabağ” hakimlikdən narazı qalıb. Ağdam təmsilçisi rəsmi saytında “ağ-qaralar”ın matçın baş hakimi Anar Salmanovun köməkliyi ilə qələbə qazandığını qeyd edib.

Derbini oxucularına canlı mətn şəklində çatdıran Ağdam təmsilçisinin saytı yazını “Anar Salmanov – “Qarabağ” – 2:1″ başlığı ilə yekunlaşdırıb.

Qeyd edək ki, “Neftçi” məğlub durumda olduğu vaxt Anar Salmanov 62-ci dəqiqədə “Qarabağ”ın qapısına şübhəli penalti təyin edib. Bundan əsaslanan Qarabağ tərəfi referilərə etirazını fərqli şəkildə ifadə edib.

Xəbər 885 dəfə oxundu.