AİPS-in yeni seçimi
Rusiyanın Soçi şəhərində öz işinə başlamış Dünya İdman Jurnalistləri İttifaqı – AİPS-in 76-cı qurultayında prezident Canni Merlo yekdilliklə yenidən AİPS-in başçısı seçilib.

İdman.com.az saytının məlumatına görə, türkiyəli Esat Yılmar birinci vitse-prezidenti vəzifəsində qalıb. Avstriya İdman Mediasının prezidenti Maykl Kuhda AİPS-in xəzinədarını icra edəcək.

Lakin qurultayda namizədlərin bir çoxu vitse-prezidenti və idarə heyəti üzvlərinin vəzifələrinə etiraz ediblər.

Səsvermənin nəticəsinə görə, Laima Canusta-Stepan(Litva), Nikolay A.Dolqopolovun (Rusiya), Məhəmməd əl-Malki (Qatar) və və Hafinq Zanq (Çin) və həmçinin əvvəlki icra nümayəndələri vitse-prezident vəzifələrinə təyin olunublar.

Bir sıra jurnalistlər isə İcraiyyə Komitəsinin üzvləri vəzifələrinə: Evlin Vatta (Keniya), Cəlal Buzrar (Moroko), Visanta Dantoli (Braziliya), Dezso Dobor (Macarıstan), Emual Fantan (Rumıniya), Donq Cun (Koreya), Malik Əziz (Pakistan), Barri Nevkoma (B.Britaniya), Ernesto Ortiz (Uruqvay),
Cura Ozmek (Xorvatiya), Paul Savart (Fransa), Hiroşi Takuçi (Yaponiya),
Abdulla İbrahim (BƏƏ) təyin olunublar.

Qeyd edək ki, ümumilikdə, bu qurultayda 104 ölkə səsvermə prosedurunda iştirak edib.

Xəbər 664 dəfə oxundu.