Ən çox xərcləyən və qazanan ölkələr
2012-ci ildə futbolçu almaq üçün ən çox pul xərcləyən ölkənin adı açıqlanıb.

İdman.com.az saytının məlumatına görə, siyahıda birinci İngiltərə ( 314 milyon dollar), ikinci Rusiya(256 milyon dollar), üçüncü yerdə isə 78 milyon dollar xərcləyən Türkiyədir.

FİFA tərəfindən hazırlanan hesabatda isə bildirilir ki, futbolçu satışından ən çox pul qazanan Braziliya klubları olub. Bu klublar transferlərdən 121 milyon dollar qazanıblar. Siyahıda ikinci yerdə olan Portuqaliyadır.

Beynəlxalq transfer bazarında ən çox alınan da braziliyalı futbolçular olub. İl ərzində 1463 braziliyalı futbolçu transfer olunub. İkinci yeri 782 rəqəmiylə Argentina tutur. Üçüncü yerdə isə İngiltərə gəlir. 2012-ci ildə İngiltərənin 507 futbolçusu transfer edilib.

Xəbər 659 dəfə oxundu.