Sebastyan müqaviləsinin müddətini artırıb
Dortmund “Borussiya”sının kapitanı Sebastyan Kel komandası ilə müqaviləsinin müddətini artırıb.

İdman.com.az saytının məlumatına görə, yarımmüdafiəçi daha 1 il Almaniya klubunun şərəfini qoruyacaq. Futbolçunun yeni müqaviləsi 2014-cü ilin iyununa qədərdir.
Qeyd edək ki, daha əvvəl Kel mövsümün sonunda komandasını dəyişmək haqda düşünürdü. 2002-ci ildən dortmundluların heyətində çıxış edən Sebastyan 273 matçda forma geyinib və 23 qol vurub. O, 2007-ci ildən isə “Borussiya”nı meydana kapitan sarğısı ilə çıxarır.

Xəbər 819 dəfə oxundu.