“Toşaka qarşı mübarizə aparmaq çox gözəldir”
“Qalib gəldiyimiz üçün şadam. Komandam yaxşı oynadı”. İdman.com.az saytı xəbər verir ki, bunu “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib. Çernoqoriyalı çalışdırıcı Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Xəzər Lənkəran”la oyuna münasibət bildirib.

Onun sözünə görə, paytaxtda keçirilən görüşdə 1:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, cavab matçına ciddi yanaşmalıdırlar:

“Rəqib meydana 3-5-2 taktiki sxemi ilə çıxmışdı. Bu da bizim müdafiə xətti üçün müəyyən çətinliklər yaratdı. Bu cür oynayan komandaya qarşı səbrli olub, tez-tez hücum cinahlarını dəyişmək lazımdır. Biz bunu yalnız ikinci hissədə bacardıq. Qol imkanlarımız çox oldu, rəqib qapısına doğru vurduğumuz 20-yə yaxın zərbədən 9-u qapı çərçivəsinə düşdü.

Qarşıda cavab oyunumuz var. Gənc məşqçi olaraq Con Toşaka qarşı mübarizə aparmaq çox gözəldir. Ona yeni işində uğurlar arzu edirəm. Fikrimcə, komandaya uyğunlaşmaq üçün zamana ehtiyacı var”.

Xəbər 819 dəfə oxundu.