Gəncədə voleybol üzrə şəhər çempionatı keçirilib
27 mart və 10 aprel tarixlərində Gəncə şəhər Gənclər və İdman idarəsinin dəstəyi ilə şəhərin ali və orta ixtisas təhsilli müəssisələrində tələbələr arasında XII ənənəvi Spartakiadasında voleybol üzrə oğlanlar arasında şəhər çempionatı keçirilib.

ADAU-nun idman zalında 96 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi tələbə gənclər arasında idmanı inkişaf etdirmək, şəhərin ali və orta ixtisas təhsilli tələbələri arasında qalib idmançıları seçmək, şəhərin yığma komandasına daxil etmək olub.

Sonda Müəllimlər institutu birinciyə, AzTU ikinciyə, ADAU üçüncüyə; orta ixtisas məktəblərindən Humanitar birinciyə, Texniki ikinciyə, Musiqi kolleci üçüncü yerə layiq görülüblər.

Xəbər 851 dəfə oxundu.