“Qalatasaray” və “Fənərbaxça”nın istədiyi futbolçu
Stok, Kuyt və Sneyder elçi düşən “Qalatasaray” və “Fənərbaxça” yeni bir transfer üçün hərəkətə başlayıb. Hər iki komanda “Milan”ın müdfiəçisi Luka Antonini və “Lill”də forma geyən Aurelien Şedju üçün mübarizəyə girib.

Mövsüm sonunda “qırmızı-qaralar”la müqaviləsi başa çatacaq Antonini İtaliya mətbuatına açıqlamasında istanbullulardan təklif aldığını bildirib: “Qalatasaray”, “Fənərbaxça” və “Lokomotiv”dən təklif aldım. Ancaq hələ qərar verməmişəm. Ölkəmdən kənarda forma geymək istəyimdən əmin deyiləm”.

Xəbər 853 dəfə oxundu.