Sabahın əsgərləri ilə görüş keçirilib
Aprelin 9-12-də Gənclər və İdman Nazirliyi tərəfindən Salyan, Biləsuvar, Hacıqabul və Şəmkir rayonlarında çağırışyaşlı gənclərin iştirakı ilə təbliğat xarakterli mədəni-kütləvi tədbirlər keçirilib.

Orduya çağırış kampaniyası dövründə tədbirlərin keçirilməsinin əsas məqsədi çağırışyaşlı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini, onların Vətənin müdafiəsinə, hərbi xidmətə hazırlığını daha da gücləndirmək, eyni zamanda qeyd olunan rayonlardan hərbi hissələrə göndərilən gənclərə müvafiq tövsiyələr vermək olub.

Hər bir rayonda keçirilən tədbirlərdə çağırışyaşlı gənclərlə yanaşı, rayon içra hakimiyyətlərinin, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yerli qurumlarının nümayəndələri də iştirak ediblər. Rəsmi hissə yekunlaşdıqdan sonra gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə gənc müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub və iştirakçılara xüsusi hazırlanmış tövsiyə-yaddaş kitabçaları paylanıb.

Xəbər 784 dəfə oxundu.