Millimizin üzvü məşqə çıxmaqdan imtina edib
Türkiyənin “Eskişəhərspor” klubunun futbolçuları ötən gün məşqə çıxmaqdan imtina ediblər. Ölkə kubokunun yarımfinal mərhələsində “Fənərbaxça”nı qəbul edəcək Əskişəhər təmsilçisinin futbolçularının bu addımı pula görədi.

Belə ki, futbolçular maaşlarını bir müddətdir ki, ala bilmirlər. Etiraz edənlər arasında Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak da olub. “Eskişəhərspor” – “Fənərbaxça” oyunu Bakı vaxtı ilə gün saat 23:15-də başlayacaq.

Xəbər 968 dəfə oxundu.