"Qalatasaray" turnirlərdən dəvətlər almaqdadır
Avropa kuboklarında uğurlu çıxışı ilə yadda qalan "Qalatasaray" turnirlərdən dəvətlər almaqda davam edir.

İdman.com.az saytının məlumatına görə, İstanbul klubu avqust ayında ABŞ-nın Mayami şəhərində "San Life" stadionunda keçiriləcək kommersiya turnirinə dəvət alıb. Yarışda "Real Madrid","Milan", həmçinin yerli Los Ancelesin "Qelaksi" komandalarıda iştirak edəcək.

Qeyd edək ki, turnirin yayımçısı məşhur Fox teleşirkətidir. Oyunlar canlı olaraq 150 ölkədə nümayiş etdiriləcək.

Xəbər 780 dəfə oxundu.