“Bavariya” “Volfsburq”la qarşılaşıb
Almaniya kubokunda yarımfinal mərhələsinin oyunlarına start verilib.
İlk matç günündə “Bavariya” doğma divarlar arasında “Volfsburq”la qarşılaşıb.

Qeyd edək ki, Münhen klubu rəqibini 6:1 hesabı ilə məğlub edərək, ilk finalçı olub. “Bavariya”nın heyətində Mandjukiç, Robben və Şakiri hərəyə bir dəfə fərqlənib. Qomes isə 6 dəqiqədə het-trik edib. Həlledici mərhələdə münhenlilərin qəribi bu gün keçiriləcək “Ştutqart” - “Frayburq” oyunundan sonra müəyyənləşəcək.

Xəbər 768 dəfə oxundu.