Kataloniyalılara azı 3 yeni oyunçu
İspan mətbuatı «Barselona»nın yayda almaq ehtimalı olduğu futbolçular barədə şayiələri yaymaqdadı. «El Mundo Deportivo»nun yazdığına görə, qarşıdakı transfer pəncərəsi dövründə kataloniyalılar ən azı 3 yeni futbolçu almaq niyyətindədilər. Söhbət, çox güman ki, ilk növbədə yeni qapıçıdan gedir. Komandanı tərk etməyə hazırlaşan Viktor Valdesin yerini tutacaq qolkiperə ehtiyac olacaq.

İdman.com.az saytı xəbər verir ki, mərkəz müdafiə mövqeyinin də güclənməyə ehtiyacı var. Müxtəlif vaxtlarda bu mövqe ilə bağlı namizədlər sırasında Mats Hummels, Vensan Kompani və Tomas Fermalenin adları hallanırdı. Bunlardan əlavə, çox güman ki, Aleksis Sançes və David Vilyanın mümkün gedişi ilə hücum xətti də gücləndiriləcək.

Xəbər 753 dəfə oxundu.