«Roma»da Burdisso – Osvaldo münaqişəsi
«Roma»da müdafiəçi Nikolas Burdisso ilə hücumçu Pablo Daniel Osvaldo arasında münaqişə baş verib. İdman.com.az saytı xəbər verir ki, Roma derbisi öncəsi Osvaldo cəzalı olduğundan Romada qalmaq istəməyərək Londona yollandı və komandanı dəstəkləməyi düşünməyib.

İngiltərə paytaxtında isə futbolçunu öz sevgilisi ilə birgə görüblər. Belə vəziyyət Burdissonun xoşuna gəlməyib. Müdafiəçi bununla bağlı öz narazılığını dilə gətirib və Osvaldonun komandanın bir parçası olmalı olduğunu deyib. Nəticədə bu hal futbolçular arasında münaqişəyə səbəb olub.

Xəbər 791 dəfə oxundu.