Tərtərdə “Tir atıcılığı” üzrə rayon birinciliyi
Ümummilli lider Heydər Əliyevin “90” illik yubleyinə həsr olunmuş rayonun ümumtəhsil məktəblərinin XI sinf şagirdləri arasında “Tir atıcılığı” üzrə rayon birinciliyi keçirilib.

Tərtər rayon Gənclər Mərkəzinin tir atıcılığı zalında 20 komanda, hər komandada 3 nəfər şagird, ümumilikdə 60 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ulu öndər Heydər Əliyevin 90 illik yubleyinin gənclər arasında qeyd olunması, gənclərin idmana marağının artırılması, yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması və prespektivli idmançıların aşkar edilməsi olub.

Sonda birinciyə 1 saylı, ikinciyə Qaradğlı kənd, üçüncüyə Qazyan kənd tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1103 dəfə oxundu.