AFFA İntizam Komitəsinin növbəti iclası
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Aparılan müzakirələrdən sonra Premyer-Liqanın XXVI turunda keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ” – “Bakı” matçında ev sahibi komandanın 6, paytaxt təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur.

Oyunun 1 və 29-cu dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vəsatələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur.

Oyundan sonra təhlükəsizlik təmin olunmadığı üçün (meydançaya azarkeş daxil olub) meydan sahibi 5000 manat cərimə olunur.

“Simurq” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.

Xəbər 644 dəfə oxundu.