Sou yenidən yaşıl meydanda
"Fənərbaxça"nın hücumçusu Musa Sounun bu həftə "Əskişəhərspor"la kuboku matçında iştirak edəcəyi bildirilib.

İdman.com.az saytının məlumatına görə, hücumçunun artıq zədəsi tam sağalıb.

Qeyd edək ki,“Fənərbaxça” klubu UEFA Avroliqasının 1/4 finalının “Latsio” ilə cavab matçında komandanın seneqallı futbolçusu Musa Sou keçirilən ilk görüş zamanı zədələndiyi üçün 10 gün yaşıl meydanlardan uzaq qalıb.

Xəbər 884 dəfə oxundu.