Mete Kalkavan Əmrəni sarı vərəqə ilə cəzalandırıb | |
Türkiyə Superliqasının XXIX turu çərçivəsində “Beşiktaş” - “Antalyaspor” matçının ikinci hissəsində maraqlı bir hadisə olub. İdman.com.az saytının məlumatına görə, oyunun baş hakimi Mete Kalkavan qarşılaşmanın 51-ci dəqiqəsində müdafiəçi Əmrə Güngörə sarı vərəqə göstərmək istəyib, lakin həmin vaxt cibində vərəqələrin olmadığını görüb. Daha sonra o başqa hakimin yanına gedib və onun vərəqələrini alıb. Qeyd edək ki, qarşılaşmada baş hakim Kalkavan Əmrəni sarı vərəqə ilə cəzalandırıb. Sonda oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. |
|
Xəbər 859 dəfə oxundu. |
|
|