Mingəçevirdə Respublika miqyaslı turnir keçirilib
Aprelin 14-də Əməkdar məşqçi Çamiaşvili Georgiy Georgiyeviçin xatirəsinə həsr olunmuş III ənənəvi Cüdo üzrə Respublika miqyaslı turnir keçirilib.

Mingəçevir şəhər Politexnik İnstitutunun idman zalında 15 çəki dərəcəsində 250 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi idmançıların fiziki və texniki hazırlığına baxış olub və idmançılar arasında ənənəvi dostluq əlaqələrini yaratmaq olub.

Sonda birinciyə Bakı 13 saylı Uşaq Gənclər İdman məktəbi, ikinciyə lokomativ, üçüncü yerə Mingəçevir layiq görülüblər.

Xəbər 882 dəfə oxundu.