Avropa çempionatında millimiz 2 qızıl medal qazanıb
9-14 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən ənənəvi Uşu üzrə 2-ci Avropa çempionatında ölkəmizi 2 idmançı (məşqçi və rəhbər) təmsil edib.

Cinda döyüşlərində iştirak edən Elçin Eminov (56 kq), Rəfael Tarverdiyev (65 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Çempionatdan öncə keçirilən Avropa Uşu federasiyasının Konqresində Azər Həsənsoy Avropa uşu federasiyasının idarə heyətinə seçilib.

Xəbər 2454 dəfə oxundu.