Azərbaycan millisi 5 medal qazanıb
Albaniyanın paytaxtı Tiranada kişi və qadınlar arasında keçirilən Avropa çempionatı başa çatıb.

Azərbaycan yığmasının üzvlərindən son olaraq körpücük üzərinə İntiqam Zairov (94 kq) çıxıb.

Birdən qaldırma hərəkətində hər 3 yanaşmanı uğurla yerinə yetirən idmançımız elə startdaca bütün rəqiblərini qabaqlayıb. Əvvəlcə 173, ardınca 177, son yanaşmasında isə 180 kiloqramı ram edən atletimiz vahid liderliyi ələ keçirib.

Təkanla qaldırma hərəkəti də idmançımız üçün uğurlu keçib. O, əvvəlcə 210 kiloqramın öhdəsindən gələrək, əsas rəqibini 9 kiloqram qabaqlayıb. İkinci yanaşmada 215, daha sonra isə 216 kiloqramı qaldıran İ.Zairov təkanla qaldırmada da qızıl medal qazanıb. Beləliklə, İ.Zairov toplamda 396 kiloqram (180 kq + 216 kq) nəticə göstərək Avropa çempionu olub.

Qeyd edək ki, millimiz Avropa çempionatını 2 qızıl, 2 gümüş və 1 bürünc medalla bitirib.

AzərTAc

Xəbər 1081 dəfə oxundu.