"Qalatasaray" fanatları yürüş ediblər
1500 nəfərə yaxın "Qalatasaray" fanatları Türkiyə Futbol Federasiyasının binasına yürüş ediblər.

İdman.com.az saytının məlumatına görə,"Ədalət bir gün sizə də lazım olacak" yazılmış plakatlarla mitinq keçirən fanatlar bu şəkildə Fatih Terimə verilən 9 oyunluq cəzaya etiraz edirlər. Bundan əlavə fanatlar "Türkiyə Futbol Federasiyasının prezidenti Dəmirörən, bəlkə "Fənərbağça "ya prezident olasan" sədaları da səsləndiriblər.

Xəbər 998 dəfə oxundu.