Bernhard Raabın açıqlamaları
“Sumqayıt” klubunun baş məşqçisi Bernhard Raab, “AZAL –Sumqayıt” oyunundan sonra mətbuat konfransında açıqlama verib.

İdman.com.az saytının məlumatına görə, “Rəvan”la son oyundan sonra komandanı ruhlandırmağa çalışdım. İlk 25 dəqiqədə yaxşı oyun nümayiş etdirə bilmədik və heç nə ilə yadda qalmadıq. İkinci hissədə isə topa daha çox nəzarət etməyə çalışdıq, daha çox risk etdik. Son vuruşlarda qeyri-dəqiq oynadıq. Məğlub olduğumuz üçün təəssüflənirəm”.-deyə baş məşqçi bildirib.

Xəbər 782 dəfə oxundu.