Aykut Kocaman yeni rekorda imza atıb
"Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman yeni rekorda imza atıb. Buna Türkiyə Superliqasının XXIX turu çərçivəsində keçirilən "Əskişəhərspor”la oyunda "Fənərbaxça"nın təcrübəli çalışdırıcının rəhbərliyi altında 103 dəfə ölkə çempionatında meydana çıxması səbəb olub. Daha öncə "Fənər”in sabiq almaniyalı mütəxəssisi Kristof Dauma (2003-2006) aid olan 102 oyunluq rekordu qıran Kocaman İstanbul klubunun tarixinə adını yazdırıb.

Qeyd edək ki, 2010-2011 mövsümündə "Fənərbaxça”ya rəhbərlik edən Aykut 103 görüşdə 66 qələbə qazanıb, 20 heç-heçə edib və 17 dəfə məğlubiyyətlə üzləşib. Bu qarşılaşmalarda isə "sarı bülbüllər” 218 xal toplayıb.

Xəbər 803 dəfə oxundu.