“Xəzər Lənkəran” klubunda növbəti məşqçi təyinatı
“Xəzər Lənkəran” klubunda növbəti məşqçi təyinatı reallaşıb. İspaniyalı mütəxəssis Aleksis Plaza Anqulo baş məşqçi Con Toşakın yeni köməkçisi təyin olunub. 30 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Anqulo əfsanəvi holland futbolçu Yohan Kroyff tərəfindən “Klub idarəetməsi” diplomu ilə təltif olunub. O, 2010-cu ildə “Barselona” klubuna prezident seçkilərində namizəd olub. Məşqçinin son iş yeri İspaniyanın “Sant Andreu” klubu olub.

Xəbər 800 dəfə oxundu.