“Qarabağ” 2-ci yerə yüksəldi
Bu gün Topaz Premyer Liqasında XXVI turun növbəti oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, ilk “altılıq” matçlarında gərginlik yenə davam edib.

Turnir cədvəlində qonşular - “Qəbələ” və “Bakı” klublarının mübarizəsində qalib ayrılmayıb. Əlavə artırılmış son dəqiqəyə kimi ev sahibləri üstün olunlar. Amma FİFA referisi Anar Salmanovun şübhəli penalti qərarı ilə Rauf Əliyev mövsümdə ilk qolunu vurub.

Avrokuboklara düşmək istəyən “Simurq” yenə çempionatda “Neftçi”nə uduzub. Baxmayaraq ki, bayraqdar Zaqatalaya itkilərlə yollanmışdı.

Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. “Qarabağ” hesabda 2 dəfə öndə olsa da, “İnter” ikinci yarıda qısa müddətə hesabı bərabərləşdirib. Ancaq “aglar” Emeka Oparanın sayəsində qələbə topunu vura bilib.

Topaz Premyer Liqası. XXVI tur
13 aprel

“Simurq” – “Neftçi” - 0:1
Qol: Culius Vobay, 50

“Qarabağ” – “İnter” - 3:2
Qol: Maksim Medvedev, 25; Vüqar Nadirov, 46; Emeka Opara, 79 - Yuri Fomenko, 54; Fuad Bayramov, 57

“Turan” – “Xəzər Lənkəran” - 2:2
Qol: Antonio Rukavina, 22; Ender Günlü, 69 - Elnur Abdullayev, 42; Robert Alvij, 65 (p)

“Qəbələ” – “Bakı” - 1:1
Qol: Viktor Mendi, 30 - Rauf Əliyev, 90+3 (p)

Xəbər 1251 dəfə oxundu.