20 fanat həbs edilib
Sofiya polisi «Levski»nin azarkeşlərinin «Pirin Qotse-Delçev» komandası ilə oyundan sonra rəqibin məşqçilər qərargahına hücumunun qarşısını alıb. İdman.com.az saytı xəbər verir ki, Bolqarıstan çempionatının həmin matçı 1:2-lik bərabərliklə başa çatıb. Komandalarının uğursuz oyunundan qəzəblənən fanatlar yolu kəsib klub avtobusuna da daxil olmaq və burada komanda ilə haqq-hesab çürütmək istəyiblər. Polis hadisənin 20 iştirakçısını yaxalayıb.

Xəbər 850 dəfə oxundu.