«Borussiya» Neqredo ilə maraqlanır
Dortmund «Borussiya»sı ispan «Sevilya»sına forvardı Alvaro Neqredo ilə bağlı 18 milyon avroluq təklif verməyə hazırdır. İdman.com.az saytı xəbər verir ki, futbolçu alman komandasında yayda Dortmundu tərk etməyi planlaşdıran Robert Levandovskinin yerini tutmalıdır.

«Sevilya» ciddi maliyə problemləri ilə üzləşib və bu səbəbdən bir sıra futbolçularını satmaq məcburiyyətindədir. Neqredoya alman klubundan savayı İngiltərədən «Everton» və «Tottenhem», İspaniyanın özündən isə Madrid «Atletiko»su da maraq göstərirlər.

Xəbər 1167 dəfə oxundu.