Kasilyasa təkliflər gəlir
Madrid «Real»ının kapitanı İker Kasilyasa yayda klubunu dəyişməklə bağlı bir sıra təkliflər gəlib. İdman.com.az saytı xəbər verir ki, qapıçıya əsas iddialılar sırasında İngiltərə Premyer Liqasından «Arsenal» və «Liverpul» da var.

Mümkün transferin dəyəri isə İspaniyaınn «AS» nəşrinin yazdığına görə, 20 milyon avro ola bilər. Nəşr qolkiperə yaxın mənbələrə istinadən Kasilyasın indiki komandasında vəziyyətindən, Maurinyonun münasibətindən narazı olduğunu və ehtiyat qapıçı statusunda qalmaq fikrində olmadığını bildirir.

Kasilyas bir neçə ay öncə aldığı zədədən bərpa olunsa da, qapıda yerini Dieqo Lopesin əlindən geri ala bilmir.

Xəbər 879 dəfə oxundu.