Səlcuq İnan dünya ulduzlarını kölgədə qoyub
«Qalatasaray» Çempionlar Liqasına vida edərkən turnir statistikalarına Səlcuq İnan damğasını vurub. İdman.com.az saytı xəbər verir ki, o, yüksək ötürmə dəqiqliyi faizi ilə dünya ulduzlarını kölgədə qoyub. Yarışda yarımfinala qədər ən çox oynayan 5 oyunçudan biri olan Səlcuq İnan, «Qalatasaray»ın 10 matçında da 90 dəqiqə meydanda olub.

Sabitliyini uğurlu oyununa da əks etdirən 28 yaşlı futbolçu «Barselona»lı Xavidə sonra ən çox ötürmə verən futbolçu kimi də fərqlənib. Yarımmüdafiəçi 722 ötürməsindən 535-ni doğru ünvana göndərərək, Çempionlar Liqasını yüzdə 74 faiz nəticə ilə tamamladı. Səlcuq bu nəticə ilə də dəqiqlik faizinə görə «Barselona»lı Xavi, Xordi Alba və İnyestanın sonra 4-cü olub.

Türk futbolçunun daha bir fərqlənməsi hərəkətliliyində qeydə alınıb. O, «Yuventus»dan Andrea Pirlo və Dortmund «Borussiya»sından Şmelserdən sonra ən çox məsafə qət edən 3-cü futbolçu oldu. Bundan əlavə, futbolçu 7 asistentliyi olan İbrahimoviç və 5 asistentliyi olan Di Mariyadan sonra 4 qol ötürməsi ilə bu sahədə də 3-cü mövqedədir. Doğrudur, bu mövqeyi o, daha 11 futbolçu ilə paylaşır. Onların sırasında Runi və Xavi kimi oyunçular da var.

Xəbər 1114 dəfə oxundu.