«Cim-bom»a Tino Kosta gərəkdir
İspan «Valensiya»sının mərkəz yarımmüdafiəçisi Tino Kosta yay transfer dövründə komandanı tərk edə bilər. İdman.com.az saytı xəbər verir ki, 28 yaşlı havbekə Türkiyədən «Qalatasaray» maraq göstərir.

Bu mövsüm Çempionlar Liqasında 1/4 finaladək addımlayan Fateh Terimin «Cim-bom»una gələn mövsümdə də uğurlu yürüşünü davam etdirmək istəyir və heyətini ciddi gücləndirməyi planlaşdırır.

Tinoq Kosta «Valensiya»nın heyətinə 2010-cu ildə «Monpelye»dən 6,5 milyon avro müqabilində keçib.

Xəbər 938 dəfə oxundu.