Təxirə salınmış oyunun vaxtı bəlli oldu
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı F qrupunda Şimali İrlandiya və Rusiya komandalarının təxirə salınmış oyununun tarixi müəyyənləşib. Qarşılaşma avqustun 14-də Belfast şəhərində keçiriləcək.

Xatırladaq ki, martın 22-də keçirilməli olan Şimali İrlandiya - Rusiya oyunu əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.

Xəbər 823 dəfə oxundu.