"Sumqayıt"ın futbolçusu geri qayıtdı
Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində AZAL-la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. “Bayıl Arena”da səhər məşqinə çıxan komandanın heyətində zədəli futbolçular yer alır.

Belə ki, milli komandamızın hücumçusu Pərdis Fərcad-Azad və Almaniya doğumlu türkiyəli futbolçu Can Akgün fərdi məşqlərlə kifayətlənir. Bir müddət əvvəl Almaniyada AFFA-nın hesabına əməliyyat olunmuş Orxan Əliyev isə artıq qayıdıb.

Qeyd edək ki, "Sumqayıt" - AZAL oyunu bazar günü saat 17:00-da keçiriləcək. Qarşılaşma “Bayıl Arena”da baş tutacaq.

Xəbər 896 dəfə oxundu.