Final matçının keçiriləcəyi stadion müəyyənləşib
Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib. Bu barədə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

PFL rəsmisi bildirib ki, kubokun final matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həlledici matçı Respublika günündə – 28 mayda baş tutacaq.

Qeyd edək ki, kubokun yarımfinalına «Neftçi», «Qarabağ», «Bakı» və «Xəzər Lənkəran» vəsiqə qazanıb. Yarımfinalın ilk oyunları aprelin 17-də, cavab qarşılaşmaları 24-də keçiriləcək.

Xəbər 807 dəfə oxundu.