U-16 Liqasında növbəti - XVIII turun oyunları keçirilib
U-16 Liqasında növbəti - XVIII turun oyunları keçirilib.

Doğma meydançada AZAL-ı qəbul edən "Qəbələ" böyükhesablı qələbə qazanıb. Rəqiblərinə şans verməyən "qırmızı-qaralar" paytaxt təmsilçisini 8 dəfə meydançanın mərkəzinə dəvət edib və qapısını toxunulmaz saxlayıb - 8:0. "Qəbələ"yə 3 xal qazandıran qollara Bəhlul Mustafazadə (2), Ülvi İskəndərov, Sahil Mirzəyev, Roman Hüseynov, Əli Səmədov, Viqar Əlibabayev və Samir Musayev imza atıb.

Xəbər 783 dəfə oxundu.