Del Pyero ən yaxşı futbolçular siyahısında
İtaliyanın 38 yaşlı futbolçusu Aleksandro Del Pyero Avstraliyanın “Sidney” klubunun ən yaxşı futbolçusu seçilib.

İdman.com.az saytının məlumatına görə, hücumçu ən yaxşıları sırasında olub və azarkeş simpatiyasına görə nəzərdə tutulan mükafatlara da layiq görülüb.

Xatırladaq ki, Del Pyero keçən ilin sentyabrında “Sidney”lə müqavilə bağlayıb.İtaliyalı futbolçu son mövsüm meydana çıxdığı 23 oyunda 14 qolun və 5 ən yaxşı ötürmənin müəllifi olub.

Xəbər 979 dəfə oxundu.