Avroliqada püşk atılacaq
Bu gün Avroliqada yarımfinal mərhələsinin püşkü atılacaq.

Bakı vaxtı ilə saat 15:00-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək mərasimdə iştirakçılar rəqiblərini biləcək.

Avroliqada ÇL-dən fərqli olaraq yarımfinaldakı komandaların hərəsi bir ölkəni təmsil edir. Bunlar arasında Türkiyənin təmsilçisi “Fənərbaxça”nın kimlə qarşılaşacağı azərbaycanlı futbolsevərləri də çox maraqlandırır.

Bu püşkatmada da komandaların adlarını səbətdən çıxaran məşhur hücumçu Ruud van Nistelroy olacaq.

Xəbər 853 dəfə oxundu.