«Qəbələ» hazırlıqlarını davam etdirir
Aprelin 13-də «Bakı» ilə qarşılaşacaq «Qəbələ» matçın hazırlıqlarını davam etdirir. Ötən gün baş tutan məşqdə zədəli Vurğun Hüseynov iştirak etməyib.

Zədələri sağalmaqda olan Ceyhun Sultanov və Amit Quluzadə komandadan ayrı çalışıb. Komanda məşq boyunca müxtəlif toplu çalışmalar yerinə yetirib. Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.

Xəbər 844 dəfə oxundu.