«Qalatasaray»ın baş məşqçisi Terimə ağır cəza verilib
«Qalatasaray»ın baş məşqçisi Fatih Terimə ağır cəza verilib. Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi «İmperator»u 9 oyunluq cəzalandırıb.

Buna səbəb onun «Mersin İdman Yurdu» ilə matçda texniki zonadan kənarlaşdırılması olub. Super Liqada mövsümün sonuna 6 tur qaldığından Terim komandayaya başçılıq etmək üçün gələn mövsümün 4-cü turunu gözləməli olacaq.

Fatih Terimin köməkçisi Ümit Davala 1, Hasan Şaş isə 2 oyunluq cəzalandrılıb. «Qalatasaray» klubu isə 105 min lirə (təxminən 52500 manat) cərimə olunub.

Qeyd edək ki, «Qarabağ»la oyundan sonra «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyev 10 oyunluq cəzalandırıb və mövsümü erkən qapadıb.

Xəbər 803 dəfə oxundu.