«Simurq» «Neftçi» ilə oyuna tam heyətlə çıxmayacaq
«Simurq» «Neftçi» ilə oyuna tam heyətlə çıxmayacaq. Baş məşqçi georgi Çixradze iki oyunçunun xidmətindən bu matçda yararlana bilməyəcək.

Belə ki, Aleksandr Şemonayev və Nicat Qurbanov qarşılaşmanı kənardan izləyəcək. Aleksandr cəza üzündən oynaya bilməyəcək. O, XXV turun «Qəbələ» ilə oyununun 54-cü dəqiqəsində qeyri-idmani hərəkətinə görə sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Nicat isə müqaviləsindəki bəndə görə «Neftçi»yə qarşı oynaya bilməyəcək. Belə ki, bu futbolçunu paytaxt klubundan icarəyə götürən «Simurq» anlaşmaya əsasən onu doğma komandasına qarşı oynada bilməz.

Xəbər 842 dəfə oxundu.