“Araz” və “İberia Star” komandaları arasında yoldaşlıq oyunu
“ABU Arena”da Azərbaycan çempionu “Araz” və Gürcüstanın ən güclüsü “İberia Star” komandaları arasında yoldaşlıq oyunu keçirilib.

İdman.com.az saytının məlumatına görə, qarşılaşma 5:2 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Komandamızın qollarından ikisini Fərəczadə, digər qolları isə Hacıyev, Fərzəliyev və qapıçı Buranello vurub.

Xatırladaq ki, ötən gün bu komandalar arasında keçirilmiş ilk oyun 3:1 hesabı ilə Gürcüstan təmsilçisinin xeyrinə başa çatıb.

Xəbər 832 dəfə oxundu.