Fatih Terimin cəzası bəlli oldu
“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası bəlli olub.

İdman.com.az saytının məlumatına görə, Türkiyə Superliqasında “Mersin İdmanyurdu” ilə oyunda baş məşqçi ümumilikdə 9 oyunluq və 50 min türk lirəsi ilə cəzalandırılıb. Bununla da, Fatih Terim üçün mövsüm başa çatıb.

Xatırladaq ki, baş məşqçi Fateh Terim hakimə hücum etdiyi üçün cəzalandırılıb.

Xəbər 806 dəfə oxundu.