Nasser Əl Xelaifi maraqlı açıqlamalar verib
PSJ-nin prezidenti Nasser Əl Xelaifi maraqlı açıqlamalar verib.

İdman.com.az saytının məlumatına görə, Əl Xelaifi "Real"ın baş məşçqisi Joze Mourinyo və tanınmış futbolçu Kristiano Ronaldo ilə maraqlanmaları barədə xəbərlərə son qoyub.

Klub rəhbəri onların heç biri ilə maraqlanmadıqlarını bildirib: "Hər ikisinə Mourinyo və Ronaldoya hörmət edirik. Komandamıza dünyanın ən yaxşı baş məşqçilərindən biri rəhbərlik edir. Biz baş məşqçimiz Karlo Ançelottini sevirik və bizimlə daha bir illik müqaviləsi var. Buna görə də biz onlarla maraqlanmırıq. Bunlar sadəcə yalandan başqa bir şey deyil".

Xəbər 970 dəfə oxundu.