Baş məşqçinin taleyi «Facebook»dan aslıdı
Çilinin «San Markos de Arika» klubunda maraqlı hadisələr baş verir. 18 komandanın iştirak etdiyi çempionatın turnir cədvəlində 16-cı pillədə qərarlaşan komandanın 10 oyunçusu intizamsızlıq səbəbindən qovulub

Maraqlıdı ki, klub prezidenti Karlos Ferri baş məşqçi Luis Markoleta barəsində qərar verməkdə çətinlik çəkir. Sərt tənqidlərə məruz qalan çalışdırıcını qova bilməyən prezident maraqlı üsula əl atıb.

Sosial şəbəkədən yararlanmaq qərarına gələn Ferri şəxsi «Facebook» hesabı vasitəsi ilə azarkeşlərə müraciət edib. O, fanatlardan baş məşqçini qovub-qovmaması ilə bağlı fikirlərini bildirməyi xahiş edib. Ferri azarkeşlərin fikirlərini öyrəndikdən sonra Markoleta ilə bağlı qərar verəcək.

Xəbər 819 dəfə oxundu.