Vaqif Cavadov oynamağa hazırdı
Milli komandanın düşərgəsində zədələnərək iki turda «Qarabağ»a kömək edə bilməyən Vaqif Cavadov oynamağa hazırdı. Kollektiv məşqlərə başlayan hücumçunun meydana çıxması üçün artıq heç bir problem qalmayıb.

Cavadov özü də XXVI turun «İnter»lə oyununda meydana çıxmaq istəyir: «Komanda ilə birgə məşqlərə başlamışam. Ayağımda heç bir ağrı yoxdu. Özümü oynamağa hazır sayıram. Oynayıb-oynamayacağıma mən yox, baş məşqçi Qurban Qurbanov qərar verəcək».

Xəbər 792 dəfə oxundu.