Messinin müayinəsinin nəticəsi müsbət olub
“Barselona”nın hücumçusu Lionel Messi Kataloniya klinikalarının birində tibbi müayinədən keçib.

İdman.com.az saytının məlumatına görə, müayinənin nəticəsi müsbət olub. Messinin Çempionlar Liqasının ilk yarımfinal matçına qədər hazır olması gözlənilir. Yaxın günlərdə meydana çıxması hələlik məlum deyil. Onun zədəsi tam sağaldıqdan sonra komandasının heyətində iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Messi Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə ilk görüşündə zədələnib. Paris klubu ilə keçirilən cavab matçında isə futbolçu zədəsi tam sağalmadan ikinci hissədə meydana çıxmışdı.

Xəbər 833 dəfə oxundu.